Daxili işlər naziri: “Bizdə “vor zakon”lar heç burunlarını da çölə çıxara bilmir”

Belarusun hüquq-mühafizə orqanları ölkədə “vor zakon” titulu daşıyanlarla bağlı vəziyyəti iddi nəzarət altında saxlayır. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Belarus 1” telekanalının efirində daxili işlər naziri İqor Şuneviç deyib.
Onun sözlərinə görə, vətəndaşlar “vor zakon” məsələsindən qayğılanmamalıdır. Çünki DİN-in mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı Baş idarəsi belələrini nəzarət altında saxlayır. “Bu iş hər gün, hər yerdə kifayət qədər sərt, peşəkar formada aparılır”-nazir bildirib.
Şunaeviç qeyd edib ki, hazırda DİN-ə Belarus mənşəli 6 “vor zakon” məlumdur. Onların hamısı xaricdə titul alıblar. Belarus ərazisində heç vaxt “sxodka” keçirilməyib. Həmin “vor zakon”lardan 3-ü hazırda həbsxanadadır, ikisi xaricdədir. “Onlar heç burunlarının ucunu da burada göstərə bilmirlər”-nazir deyib. Daxili işlər nazirinin bildirdiyinə görə, 6-cı “vor zakon” Belarusun Slutsk şəhərində nəzarət altındadır.
“Prestupnoy Rossii” saytı qeyd edir ki, 2015-ci ildə Belarus türmələrində 4 “vor zakon” var idi. Lakin həmin ilin aprelində “Rövşən Lənkəranski”nin keçirdiyi “sxodka”da hamısının titulu əllərindən alınıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












