Daxili işlər naziri vətəndaşlara və jurnalistlərə təşəkkür etdi - FOTO

Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Ramil Usubov bildirib ki, respublikada cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini, vətəndaşların qanuni mənafelərinin müdafiəsi sahəsində əldə edilmiş müsbət nəticələrə ümumi sayı dünyanın əksər ölkələri ilə müqayisədə xeyli az, yəni əhalinin hər 100 min nəfərinə 259 vahid nisbətində olan polis qüvvələrinin aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlığı şəraitində nail olunub. Avtosfer.az xəbər verir ki, nazir daxili işlər orqanlarına xidməti vəzifələrin icrasında yaxından köməklik göstərdiklərinə görə ölkə vətəndaşlarına, hüquq mühafizə və xüsusi xidmət strukturlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və əməkdaşlarına təşəkkürünü bildirib.
Daxili işlər naziri 2017-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcud olduğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.
Nazir yerlərdə münaqişəli ailələrin vaxtında uçota götürülməsini, barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin, əvvəllər məhkum olunmuş şəxslərlə profilaktikanın, eləcə də yol hərəkətinə nəzarətin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, xüsusən güclü təsirə malik narkovasitələrin aşkarlanması işinin gücləndirilməsini, istintaq və təhqiqat aparatının cinayətkarlığa qarşı mübarizədə aparıcı rolunun, aidiyyati baş idarə və idarələr tərəfindən ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib.
Elməddin
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










