Banner

Daxili işlər Nazirliyi bu şəxslərə MÜRACİƏT ETDİ

Gündəm 1 Avqust 2023 11:49 Oxunub 882
Daxili işlər Nazirliyi bu şəxslərə MÜRACİƏT ETDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Respublikamızın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur.

DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, kənd təsərrüfat təyinatlı əkin sahələrinin biçindən sonra şumlamaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur.

Polis əməkdaşları tərəfindən respublikamızın bütün ərazilərində bu kimi halların aradan qaldırılması və fermerlərlə profilaktik, təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu istiqamətində Goranboyda 7, Bərdədə 3, Göyçayda 2, Saatlıda 2, Şamaxıda 2, Beyləqanda 1, Şabranda 1, Qubada 1, Abşeron 1 fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.

Qeyd olunanları nəzərə alaraq fermerlərdən xahiş edirik ki, biçini başa çatan sahələrin yandırılmasından çəkinsinlər, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmasına üstünlük versinlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh