"Daxili İşlər Nazirliyində çevik iş mexanizmi var" - DEPUTAT

Milli Məclisin iclasında deputat Fəzail İbrahimli çıxış edərək, hökumət üzvlərinin əhaliyə və deputatlara açıq olmamasından şikayətlənib. “Milli Məclis təkcə qanunverici orqan deyil, həm də ümid qapısıdır. Hətta sizdən, hökumət üzvlərindən üz döndərənlər bizə üz tuturlar. Biz qanunların qəbulunda iştirak edə bilirik, bizim əlimizdə mexanizm, qanun, qərar var ki, problemləri həll edək. Bizə gələnlər o xalqın nümayəndələridir ki, siz onların hüzuruna gedirsiniz, rayonlarda görüş keçirirsiniz. El arasında bizə xalq elçiləri deyirlər, bunun üçün sizin telefonlarınız, qapınız, özünüz bizim üzümüzə açıq olmalısınız. Burada təzad var. Kim deyə bilər ki, Baş nazir Artur Rasizadə ilə hər hansı bir problem həll etmək çətindir. Heç kim deyə bilməz. Çünki Artur Rasizadə Azərbaycanda məmur əxlaqı məktəbinin banisidir. Kim deyə bilər ki, daxili işlər naziri ilə hər hansı problem həll etmək zaman aparır. Heç kim deyə bilməz. Çünkli çevik iş mexanizmi var. Bu üslubda iş rejimi olan insanların çiynində Azərbaycan gedib. Dediyim o uğurları qazanan bu işığa sahib insanlardır”.
Fəzail İbrahimli bu misalları özünün işinin keçməsi ilə əlaqələndirənlərə də mesaj göndərib. “Mənim diplomum və mandatım var. Şərəflə qazanmışam, şərəf və ləyaqətim kimi qoruyuram. Xeyirxahlarıma çox sədaqətliyəm, seçicilərimə də diqqətliyəm”.
Deputat Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan da şikayətlənib. “Kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə hər hansı məsələni həll etmək, görüşmək, söhbət etmək mümkündür. Kim desə, “Ginnesin rekordlar kitabı”na adını yazdırsın. Bu iş üslubunda olan bizim digər məmurlarımız da var. İki yol var: poetik desək, “Əsli və Kərəm” dastanında Kərəmin gününə düşmək. Bu, özünə hörmət, mandatına hörmət deyil. Digər yol isə dövlət başçısının “Azərbaycanda toxunulmaz adam yoxdur, məmur xalqın xidmətçisidir” çağırışına qoşulmaqdır. Davranışı ilə cəmiyyətə gözdağı çəkən, uğurları gözdən salan, hökumətin yandırdıqlarını piləyib söndürən, ortada yeyib qıraqda gəzənlərdən olmayaq. Bu gün dünyadakı geosiyasi vəziyyət bu niyyətlər qarşında güclü olmağı bizdən tələb edir”.
Elməddin
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










