Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişiklikləri olub. “Report” xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunduqdan sonra bir neçə nəfər tutduğu vəzifədən azad edilib. Məlumata görə, RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi Məhərrəm Məmmədov, əməliyyat müvəkkilləri Ruslan Əhmədov, Rəşad Məmmədov, Vahid Fənifəyev, Rövşən Məmmədov, Amil Şərifov, Oktay Məmmədov və sahə müvəkili Yaqub Ağayev işdən çıxarılıblar. Belə ki, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Vahid Fənifəyev, Oktay Məmmədov, Rövşən Məmmədov və sahə müvəkili Yaqub Ağayev yaş həddinə görə təqaüdə göndərilib. Ruslan Əhmədov və Rəşad Məmmədov isə sərəncama götürülüb. Bölmənin rəisi Məhərrəm Məmmədov Ağcabədi Rayon Polis Şöbəsinə, əməliyyat müvəkkili Amil Şərifov isə Əlibayramlı Polis Şöbəsinə göndərilib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinə İlqar Məmmədov rəis təyin olunub.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












