Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” konfransı keçirilib - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı respublika elmi-nəzəri konfrans keçirilib. Tədbir 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunub. Avtosfer.az xəbər verir ki, Konfransda dövlət və ali təhsil müəssisələrinin nümayəndələri – Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikası Milli Müdafiə Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Dövlət Dəniz Akademiyasının nümayəndələri, kursant və tələbələri, Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları, həmçinin şəhid ailələrinin nümayəndələri qonaq qismində iştirak ediblər.
Konfrans zamanı Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Hərbi İnstitutun rektoru, general-mayor Elçin Məmmədov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini nəzərə çatdırıb.
Məruzələrdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik məktəbinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsinin Şanlı Zəfərin əsas dayağı olduğu xüsusi vurğulanıb. Çıxışlarda Vətən müharibəsinin hərbi-siyasi nəticələri, post-müharibə dövründə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və milli birliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Çıxış edənlər bildiriblər ki, Zəfər yalnız hərbi qələbə deyil, həm də xalqın iradəsinin, dövlətin strateji gücünün və milli həmrəyliyin təntənəsidir.
Konfrans Daxili İşlər Nazirliyinin Daxili Qoşunların elmi mühitində milli ruhu, elmi düşüncəni və təhlükəsizlik mədəniyyətini birləşdirən mühüm platforma kimi yadda qalıb.
![]()
![]()
![]()
![]()
Altı ay ərzində baş verən qəzaların sayı niyə artıb? - SƏBƏBLƏR
Prezidentin maşınında selfi çəkdi - FOTO
Binəqədi şosesində təhlükə saçan çuxurlar: Sürücülər ziyanla üz-üzədir - VİDEO
Heyvanlar necə daşınacaq? - Ölkə daxilində bu maşınlardan istifadə oluna bilər
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz - İlham Əliyev
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO
D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır - Hikmət Hacıyev
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident










