Dayanacaqlara getmək istəməyən taksi sürücüləri CƏZALANDIRILACAQLAR - RƏSMİ

Paytaxtda sıxlığın aradan qaldırmaq məqsədilə Bakının müxtəlif yerlərində, xüsusən də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ətrafında taksilər üçün dayanacaqlar təyin olunub.
Bunu Ednews-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində 200 taksi üçün yer ayrılıb.
“Sürücülərin qeyri-qanuni fəaliyyətini dayandırmaq üçün belə bir addım atılıb. Bununla yanaşı vətəndaş şikayətləri çox olurdu ki, sürücülər yolu zəbt edir, tıxacın yaranmasına şərait yaradırlar. Hazırda orada kifayət qədər boş yer var. Çünki, taksilər ora getməkdən hələ də yayınırlar. Qeyri-qanuni sərnişin daşımağa davam edirlər. Bir sıra bəhanələr gətirirlər ki, ora uzaqdır, orada sərnişin yoxdur. Lakin orada hər şərait yaradılıb. Məqsədimiz xaosu azaltmaq, yaranan tıxacın qarşını almaqdır”.
Qurum rəsmisi eyni zamanda bildirib ki, insanlara mane olan bir sıra taksi fəaliyəti ilə məşğul olan sürücülər barəsində yer dəyişiklikləri də edilir.
“İndi ki müşahidələrimizə ora yalnız "Bakı Taksi"ləri gedir. Hələ də orada olan 200 yer tam tutulmayıb. Sürücülər oradan rayonlara, şəhərdaxili növbəli şəkildə öz fəaliyyətlərini davam etdirə bilərlər. İndiki vəziyyət ürəkaçan deyil. Taksilər qurulan şəraitdən boyun qaçırmağa çalışırlar”.
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA










