Dayanacaqlardakı terminallar nə vaxt düzələcək? - VİDEO

Bakının nəqliyyat sistemi ilə bağlı hazırlanan yeni konsepsiya çərçivəsində, nəhayət, dayanacaqlardakı informasiya terminallarının işi də təkmilləşdiriləcək. Çünki hazırkı vəziyyətdə bu cihazlardakı məlumatlar yalnız çaşqınlıq yaradır.
Ofeliya Hüseynova - sakin: "Ehtiyac duymuşam, maraqlanmışam, ancaq hansı terminala yaxınlaşmışam, heç biri işləməyib".
Zoya Əliyeva - sakin: "Çox vaxt işləmir. İstifadə etmək istəsən də, işləmir".
Avtosfer.az region tv-yə istinadən xəbər verir ki, mövcud vəziyyətlə paytaxtın bütün avtobus dayanacaqlarında rastlaşmaq mümkündür. Dayanacaqlardakı avtobus terminallarının işləməməsinə səbəb enerji daşıyan kabellərin sıradan çıxmasıdır.
Bakı Nəqliyyat Agentliyinin rəsmisi Nuridə Allahyarova bildirir ki, agentlik bu vəziyyətdən xəbərdardır. Problemin həllinə gəlincə isə, oktyabrda qəbul ediləcək Bakının nəqliyyat konsepsiyası bütün çətinliklərin aradan qaldırılmasına hesablanıb: "Bütün tələblər həmin konsepsiyada yer alıb. Bu problem aradan qaldırılacaq. Sözügedən terminallarda mütəmadi olaraq avtobusların gəlib-getmə vaxtları olacaq".
Agentlik rəsmisi bildirir ki, işlək vəziyyətdə olan terminallarda məlumatların düzgün əks olunmaması yeni avtobusların bu sistemə tam inteqrasiya etməməsi ilə bağlıdır. Gələcəkdə, həmçinin mobil telefon vasitəsi ilə alternativ və bağlı yollar haqqında məlumatların verilməsi planlaşdırılır.
Avtobusların kart sisteminə keçidi məsələsinə gəlincə, artıq sentyabrın 1-dən Bakıda daha 6 marşrutda ödəniş nağdsız olacaq. Bakı Nəqliyyat Agentliyi mərhələli formada paytaxtın bütün avtobuslarının bu sistemə qoşulması üzərində iş aparır.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












