Dayanacaqlardan reklam lövhələrini oğurlayanlar tutulub

Yanvarın 7-nə keçən gecə Ağdam rayonunun Quzanlı qəsəbəsində 4 avtobus dayanacağından 16 reklam lövhəsinin sökülərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və həmin lövhələrin 3 nəfər tərəfindən “Ford” markalı avtomobillə oğurlanması məlum olub. Təxirəsalınmaz tədbirlərlə cinayətdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev polis əməkdaşları tərəfindən müəyyən edilərək Gəncə şəhəri ərazisində saxlanılıblar.
Araşdırmalarla K.Novruzovun əvvəllər reklam şirkətlərindən birində çalışması, bir neçə rayonda həmin reklam lövhələrini quraşdırmaqla məşğul olması, lakin 2 il əvvəl işdən çıxarılması məlum olub. Onların birlikdə Gədəbəy, Qazax, Ağdaş, Sabirabad, Göyçay və Yevlax rayonları ərazislərində də avtobus dayanacaqlarının hissələrini sökərək oğurlamaları və metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən 28 ədəd lövhələr və onların hissələri maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












