Dayanıqlı nəqliyyat sistemi üzrə birinci Qlobal Konfrans keçiriləcək - Aşqabadda

Noyabrın 26-27-də Aşqabadda dayanıqlı nəqliyyat sistemi üzrə birinci Qlobal Konfrans keçiriləcək. Konfrans dayanıqlı çoxtərəfli nəqliyyat-tranzit dəhlizlərinin yaradılmasına, nəqliyyatın bütün növləri arasında hərtərəfli əməkdaşlığın təmin edilməsinə yardım göstərilməsi haqqında BMT Baş Məclisinin 70-ci sessiyasının qətnaməsinə müvafiq olaraq təşkil edilir.
Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, konfransın gündəliyində nəqliyyat və ətraf mühitin dəyişməsi, energetika və nəqliyyat, şəhər nəqliyyat sistemi və şəhərlər ilə kəndlər arasında yol-nəqliyyat kommunikasiyaları, nəqliyyat sahəsinə investisiya və onun maliyyələşdirilməsi, nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsasları, çoxtərəfli nəqliyyat dəhlizlərinin inkişafı, yol hərəkətinin təhlükəsizliyi kimi aktual məsələlər yer alıb.
Konfrans çərçivəsində bir sıra beynəlxalq konvensiya və sazişlərin imzalanması nəzərdə tutulur. Tədbirdə BMT-nin baş katibi Pan Gi Munun iştirakı gözlənilir.
BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini U Xunbo deyib: “Bu, BMT tarixində nəqliyyatın inkişafına həsr edilən ilk konfransdır ki, dayanıqlı inkişafın irəlilədilməsində və iqlim dəyişikliyinə qarşı mübarizədə nəqliyyatın vacib rolunun dərk olunmasına yönəlib”. BMT nümayəndəsi vurğulayıb ki, bu gün dünyada bütün istixana qazları tullantısının 25 faizi hələ də ekoloji dayanıqlı olmayan nəqliyyatın payına düşür.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












