Dayanma-durma nişanı yoxdur, amma cərimə yazılır – DYP-dən AÇIQLAMA - VİDEO

Yolda dayanma və durmanı qadağan edən nişan yoxdur, amma avtomobil sahiblərinə buna görə cərimə yazılır. Avtosfer.az-ın xəbərinə görə, paytaxtın Səbail rayonu M.Müşviq küçəsi 4B ünvanında yaşayan sakinlər iddia edirlər.
Sakinlərin sözlərinə görə, bir neçə ildir ki, avtomobillərini binanın yaxınlığındakı küçədə park edirlər. Son bir neçə aydır ki, onlara dayanma və durma qaydasını pozduqları əsas göstərilərək cərimə yazılır.
Sakinlər deyirlər ki, dəfələrlə bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə müraciət ediblər. Hətta təkilif də veriblər.
Sakinlərin üzləşdiyi problemlə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, günün pik saatlarında həmin ərazidə tıxac yarandığından avtomobillərin park edilməsi qadağan olunub.
Yol yeni təmir olunub və yaxın günlərdə orada yenidən cizgi və nişanlama xətləri çəkilərkən, bütün lazımi yol nişanları da qoyulacaq.
Daha ətraflı videomaterialda.
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










