Dəbdəbəli biznes obyektlərinin yaraşığını pozan yol: Maşınla keçmək baha başa gəlir - VİDEO - YENİLƏNİB

Bakının Nərimanov rayonu Nadir Əliyev küçəsində yol bərbad vəziyyətdədir. Yolun təmirini isə heç bir qurum öz üzərinə götürmür.
Belə ki, dağılmış vəziyyətdə olan sözügedən yolun təmiri ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ərazi agentliyin balansında deyil.
O əlavə edib ki, əgər rayon rəhbərliyi yolun təmir olunmasını istəyirsə, aidiyyəti üzrə investisiya proqramına müraciət etməlidir. Bundan sonra layihənin icrası AAYDA-ya həvalə oluna bilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Birliyindən (MKTB) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu iş onların da səlahiyyətlərinə daxil deyil:
“Həmin yol məhəllədaxili yox, ümumi istifadədə olduğu üçün bu məsələ onların səlahiyyətləri xaricindədir. Ona görə də yolun təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət olunması tövsiyə olunur”.
***
Bakının Nərimanov rayonunda yollar dağılmış vəziyyətdə olsa da, buna bir çarə qılan yoxdur.
Bu barədə oxu.az-a oxucular məlumat veriblər.
Qeyd olunur ki, rayonun dəbdəbəli biznes obyektlərinin yerləşdiyi Nadir Əliyev küçəsində yolun asfalt örtüyü bərbad hala düşüb, iri çalalar əmələ gəlib. Bu isə xüsusilə sutkanın qaranlıq vaxtında avtomobillərin hərəkətinə çətinlik yaradır, onlara ziyan vurur.
“Aidiyyəti qurumlar vəziyyətdən xəbərdar olsalar da, heç bir tədbir görmürlər”, - şikayətdə bildirilib.
Videonu təqdim edirik:
Avro və rubl bahalaşdı, manat dəyişdi: “Devalvasiya ...”
Prezident 3 gündə kimlərlə görüşdü? - ADLAR
İlham Əliyev Davos Forumunun illik toplantısında iştirakına dair paylaşım etdi - VİDEO
Qala-Pirallahı yolunda pərakəndə nişan tələbi: "Sürəti hansına uyğun seçək?" - VİDEO
Bu şəxslərin maaşı saathesabı olacaq
İki santimetr qar düşən kimi şəhər niyə iflic olur? – Bakının infrastruktur rəzaləti A-dan Z-ə
Boşanana yaxın gizlicə satılan əmlakdan qarşı tərəfə pay düşməlidir? – Hüquqşünas AÇIQLADI
Taksi sürücülərinin DİQQƏTİNƏ! - Bu ərazilərdən kənara çıxsanız...
Davosda İlham Əliyevlə Donald Tramp arasında səmimi dialoq - VİDEO
Motosiklet qəzaları artır - İntizam çatışmazlığı əsas səbəbdir? - AÇIQLAMA
Metro və avtobuslarla bağlı vəziyyət dəyişdi – Vacib DETALLAR











