Dəhşət: Təcili yardım can verən yaşlı qadına yaxın durmadı - VİDEO

Bakıda yaşlı qadın küçə ortasında ölümcül vəziyyətdə tapılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Teymur Həsənov adlı şəxs sosial şəbəkədə məlumat yayıb. Vətəndaş bildirib ki, yaşlı qadını Xaçmazdan Bakıya göndəriblər, amma onun yaxınlarını tapmaq mümkün deyil: "20 yanvarda bir sürücü məndən xahiş etdi ki, bu yaşlı qadını Logman Klinikasına apar (özü şəhəri tanımırdı). Razılaşdım. Bu qoca nənəni bir təhər maşınıma mindirdik. Ehtiyat üçün sürücünün nömrəsini aldım. Yolda həmin klinikaya zəng etdim. Dedilər ki, bu gün işləmirik. Bu qoca nənəyə deyirəm ki, bəs ora işləmir, sizi hara aparım? Arvad danışa bilmir. Zorla xırıldaya - xırıldaya dedi ki, elə ora apar.
Nənənin telefonunu qurdalıyab bir nömrə tapdım. Zəng etdim. Bir kişi götürüb dedi ki, o arvadı tanımıram. O biri sürücünü yığdım. O da dedi ki, qardaş mən onu tanımıram, sadəcə Xaçmazda maşınıma mindiriblər. Nə isə getdim o klinikanı tapdım. Nənəni qucaqlayıb yerə düşürdüm. Arvad oturdu və başına adamlar toplaşdı.
Sənədlərinin arasından nömrə götürüb hansı xəstəxanada yatıbsa, ora zəng etdik. Dedilər o arvad hal-hazırda xərçəng xəstəliyindən xəstəxanada yatır.
Sonra 103-ə zəng elədim və 20 dəqiqə sonra gəlib çıxdılar. Amma nə xeyri? Həkim arvada yaxın durmadı. Sonra kimləsə danışdı və gəlib arvada dedi ki, davay az dur gedək. Arvada heç ilk tibbi yardım belə göstərmədilər. Axırda yaşlı qocanı qucağımıza alıb özümüz maşına mindirdik. Nənə ölməsə də, bizim həkimlər onun axırına çıxacaqlar". // baku.ws
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












