Dəhşətli AİLƏ FACİƏSİ - Dağıntılar altında bir-birlərinə sarılmış vəziyyətdə tapıldılar - FOTO

Ailəsi ilə birlikdə dağıntılar altında qalaraq dünyasını dəyişən Burak Firikin hekayəsi bütün dünyanı dərindən təsirləndirib.
Avtisfer.az xəbər verir ki, Nyu Yorkda yaşayan və Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində həlak olan proqram mühəndisi Burak Firik bu şəhərə ürək əməliyyatı keçirən atasını görmək üçün gəlib.
35 yaşlı Firik, onun həyat yoldaşı Kimberli və iki azyaşlı uşağının cəsədi yerlə bir olmuş 5 mərtəbəli binanın dağıntıları arasında bir-birinə sarılmış vəziyyətdə tapılıb.
Kimberlinin bacısı Salma Salazar CNN-in yayımına qatılaraq 12 saat ümidlə gözlədiklərini, lakin ailədən heç kimin sağ qalmadığını bildirib.
Salma zəlzələdə bacısı Kimberli, yeznəsi Burak Firik, onun anası, həmçinin Firikin 2 yaşlı oğlu Həmzə və 1 yaşlı oğlu Bilalın həyatını itirdiyini deyib. Onun sözlərinə görə, ailənin sağ qalan yeganə üzvü ürək əməliyyatı olan atadır.


(Musavat.com)
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ










