Dəhşətli partlayışın baş verdiyi ərazidən FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Müdafiə Nazirliyinin Xızı rayonu ərazində yerləşən hərbi bazalarından birində güclü partlayış baş verib.
Silah anbarında baş vermiş partlayış nəticəsində anbarda saxlanılan mərmilər əraziyə səpələnərək partlayıb. Partlayış nəticəsində Ərazidə yerləşən hərbçilərin ailələrinin yaşadığı şəhərciyə, yaxınlıqdakı Giləzi kəndinə maddi ziyan dəyib. O qədər bombanın qarşılığında həqiqətən insan təlafatının olmaması böyük xoşbəxtlikdir.
Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə baş verən ərazi Müdafiə Nazirliyinin zabitləri tərəfindən mühafizə altına alınıb. Əraziyə giriş və çıxış ciddi şəkildə yoxlanılır.
Ərazini tüstü və hiss iyi bürüyüb. Partlayışın baş verdiyi əraziyə irəlilədikcə partlamış mərmilərin qalıqları və partlamamış mərmilərin sayı getdikcə artır.
Hadisə yerinə Müdafiə nazirliyinin yüksək rütbəli zabitləri ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə, hərbi polis, DİN-in əməkdaşları, Təcili tibbi yardım maşınları, həkimlər və ANAMA-nın nümayəndələri cəlb edilib. Yanğın tam olaraq ram edilib, ancaq partlamamış mərmilərin çoxluğu hər an partlayışın baş verəcəyi qorxusu yaradır.
N saylı hərbi hissənin zabitlərinin yaşadığı bina, tibb məntəqələri partlayış nəticəsində yararsız hala düşüb. Partlayışın baş verdiyi ərazidən hər tərəf mərmi ilə doldur, necə deyərlər barmaq basmağa yer yoxdur. Partlayışın səbəbi barədə hələ heç bir məlumat yoxdur, bütün versiyalar araşdırılır.













İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












