Dəhşətli qəzaların görüntüləri yayıldı - VİDEO

Keçiddən keçən qadını avtomobil vurub. Ağır yol-nəqliyyat hadisə gecə paytaxtın Xətai rayonu Nobel prospektində baş verib.17 yaşlı sürücü qadın piyadanı keçiddə vuraraq öldürüb. Prospektin şəhərin mərkəzi istiqamətində olan hissəsində piyada keçidinin üzərində 52 yaşlı Sevda Nəsirovanı minik avtomobili vurub. Çox böyük sürətlə hərəkət edən minik maşını qadını 100 metrə yaxın məsafədə yerlə sürüyüb. Nəticədə qadının meyiti iki yerə parçalanıb. Hadisə ilə bağlı əraziyə dərhal yol polisi gəlib. Heç bir sənədi olmadan avtomobili idarə edən 17 yaşlı yeniyetmə saxlanılıb. Qadının meytini isə rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb.
Yol polisinin verdiyi məlumata görə, qəzaya yeniyetmənin avtomobili həddindən artıq sürətlə idarə etməsi səbəb olub.
Göyçay rayonunda isə çamışlar qəzaya səbəb olub. Gecə Bakı-Şamaxı-Yevlax magistral yolunun 200-ci kilometrliyində, rayonun Qarayazı kəndi ərazisində avtomobil ilə hərəkətdə olan rayonun Qaraməryəm kənd sakini Zaur Sultanov yolu keçmək istəyən iki camışı vurub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır yaralanıb və dərhal Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Lənkərandakı qəza da ölümlə nəticələnib. Ötən gün axşam saatlarında Lənkəranın Şağlaküçə kəndində iki avtomobil toqquşub. Toqquşma zamanı sürücüsü 26-yaşlı Fərahim Məlikzadə, onun anası 51 yaşlı Şinəxanım Fərəcova, ailənin gəlini 21 yaşlı Salatın Fərəcova və iki azyaşlı uşaqları Hüseyn Fərəczadə və Nur Fərəczadə Digər avtomobildə olan Malik Babayev və Mehman Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatırılıb.51 yaşlı Şinəxanım Fərəcova xəstəxanada dünyasını dəyişib.
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu










