Dəhşətli terror Barselonanı sarsıtdı - 13 ölü, 100 yaralı - VİDEO

Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 100 nəfərə çatıb. Bu barədə "RİA Novosti İspaniya mətbuatına istinadən məlumat yayıb.
***
Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 32 nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Kataloniya polisi özünün "Twitter" səhifəsində yazıb. Polis həmçinin hadisənin terror aktı olduğunu bildirib. Qeyd edək ki, terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərdir.
***20:50
İspaniyanın Barselona şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. "Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 20 nəfər yaralanıb.
*** 19:40
İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb. Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb və 20 nəfər yaralanıb. Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı qeyd olunur. İspaniya polisi hadisənin terror aktı olduğunu açıqlayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












