Dəhşətli təyyarə qəzası - 61 ölü - VİDEO

Rusiyada səhər saatlarında dəhşətli təyyarə qəzası baş verib. Dubaydan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza təyyarə hava limanına eniş edərkən baş verib. Məlumata görə, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə yerə çırpılıb və partlayış baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəzaya uğrayan “flydubai” aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsində ekipaj üzvləri daxil olmaqla 61 nəfər (bəzi mənbələr isə 62 nəfərin olduğunu qeyd edir) olub. Onların hamısının həlak olduğu deyilir.
***
"Boinq" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq martın 20-də Rostovda matəm günü elan ediləcək. Bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib. Qolubev “sabah matəm günü elan ediləcək. Hökumət həlak olanların qohumlarına yardım göstərəcək" deyib.
***
Dövlətlərarası Aviasiya Komitəsi (DAK) komissiyası Rostov-donda təyyarə qəzasının araşdırılması üzrə təhqiqata başlayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aparılan təhqiqatlara tezliklə xarici ekpertlərin də qoşulacağı bildirilib. DAK-ın icraçı direktoru Viktor Soroçenko “Komissiya öz işinə başlayıb. Tezliklə Birləşmiş Ərəb Əmirliklərinin, ABŞ və Fransanın da ekspertləri təhqiqatlara qoşulacaq” deyib.
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










