Dələduzluq edib ölkədən gedən Elvin axtarışa verildi

Bir neçə gündür xaricdən Azərbaycana avtomobil gətirməklə məşğul olan Elvin Hüseynov barədə sosial şəbəkələrdə dələduzluq etməsi ilə bağlı ittihamlar yayılır. İddialara görə, o, insanların etibarından sui-istifadə etməklə avtomobil gətirmək müqabilində aldığı pulları mənimsəyib, verdiyi vədlərə isə əməl etməyib. Avtosfer.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Qafqazinfo"ya bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs axtarışa elan olunub. 32 yaşlı Hüseynov Elvin Tofiq oğlu barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249.764 manat təşkil edir. Müəyyən edilib ki, o vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni Gürcüstan istiqamətində tərk edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür. “Tövsiyə edirik ki, vətəndaşlar yalan vədlərlə aldanmamaq üçün yoxlanmamış vasitəçilərə, qeyri-rəsmi avtomobil alverçilərinə etibar etməsinlər. Bakıda rəsmi avtomobil satışı ilə məşğul olan etibarlı şirkətlər var və fəaliyyəti qanunla tənzimlənir” - açıqlamada qeyd olunur. Elvin isə özünəməxsus sosial şəbəkə hesablarında yayılan iddiaları şər-böhtan adlandırıb.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












