Dəmir yol stansiyalarında 1000 ədəd bilet satışı aparatı quraşdırılacaq

"JCM Global" şirkəti (ABŞ) Azərbaycanda dəmir yolu stansiyalarında daha 1 000 ədəd "iPRO-RC" bilet satışı aparatı quraşdırmaq niyyətindədir. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu aparatlar 200-ə yaxın stansiyada qurşadırılacaq.
Məlumatda qeyd edilir ki, qurum artıq yeni Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xətti üzərində yerləşən 2 stansiyada 15 bilet satışı aparatı və 40 turniket quraşdırıb.
Şirkətin baş meneceri Payam Zade (Payam Zadeh) Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutu kimi bir layihədə iştirak etməkdən məmnun olduqlarını deyib: "iPRO-RC" aparatları nəqliyyatda təhlükəsizlik, həcm və etibarlılıq baxımından beynəlxalq tələblərə tam cavab verir".
Şirkətdən verilən açıqlamaya görə, “iPRO-RC” aparatları qəpik probleminin həlli üçün də əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, “JCM Global” bank, pərakəndə ticarət, köşk və oyun sənayesi üçün dünyanın aparıcı əməliyyat texnologiyaları təchizatçısıdır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












