“Dəmir Yolları” gücləndirilmiş rejimdə işləyəcək

Novruz Bayramı ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC qatarlara əlavə vaqonlar qoşacaq. Bu barədə Avtosfer.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, “Azərbaycan Dəmir Yolları” martın 18-dən gücləndirilmiş iş rejiminə keçəcək.
“Gücləndirilmiş iş rejimi ilə bağlı hazırlıqlar başa çatıb. Bayram günləri qatarlara 10-15 əlavə vaqon qoşulacaq. Ehtiyac olduğu halda 20 vaqon qoşulacaq. Bununla yanaşı, növbəli iş rejimi tətbiq ediləcək.Vağzallarda və körpülərdə mühafizə gücləndiriləcək. Sərnişin qatarları ilə yanaşı yük daşınmalarında da gecikmələrin olmaması üçün 24 saatlıq iş rejimi tətbiq ediləcək”.
Mətbuat xidmətindən bildirilib ki, kütləvi şəkildə hər hansı təşkilat tərəfindən müraciətlər olmasa da, onlayn bilet satışı bayram günləri sərnişin sıxlığının çox olacağını göstərir: “Demək olar ki, martın 18-19-a biletlər tam satılıb. Yalnız həmin günü qoşulacaq əlavə vaqonlara bilet almaq mümkün olacaq”.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar ölkədə 8 gün qeyri-iş günü olacaq.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












