Dəmir yolları hissələrinin istehsalının təşkili təklif olunur

"Dəmir yollarında istifadə edilən müəyyən qurğular və hissələr Azərbaycanda da istehsal edilə bilər". Avtosfer.az xəbər verir ki, bunu Bakıda dəmir yolu işçilərinin peşə bayramı münasibəti ilə keçirilən yığıncaqda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
Hazırda istismar edilən dəmir yolları hissələrinin ölkədə istehsalının təşkil edilməməsindən təəssüfləndiyini deyən sədr bu sahədə istehsalçıları fəal olmağa çağırıb.
"Təəssüf ki, dəmir yolunda istifadə edilən hissələr Azərbaycanda istehsal edilmir. Zəruri olan hər bir materialı xaricdən almalı oluruq. Gələcəkdə mini zavod və fabriklərdə bu hissələr kooperativ idarəetmə formasında, yəni bizim sifarişimiz əsasında istehsal edilə bilər. Rusiyadan müəyyən texniki hissələr, qurğular alırıq, halbuki, onları ölkədə də istehsal edə bilərik. Lakin hazırda lövbər, elektrovoz mühərriki və hissələr istehsal edilmir. Ölkədə istehsalı təşkil edilən dəmir yolu məhsulları isə həm çox baha və həm də keyfiyyətsizdir. Bu vaxta qədər bu işlər niyə icra olunmayıb? Dəmir yollarının bu cür materiallara ehtiyacı var. Məsələ ilə bağlı bir neçə dəfə müraciət də etmişəm, amma səsimə səs verən yoxdur", - deyə C.Qurbanov qeyd edib.
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”










