Dəmir Yolları İranda nümayəndəlik açacaq

Rusiya Dəmir Yolları İranda nümayəndəlik açmağa hazırlaşır. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə şirkətdən bildirib.
“Nümayəndə təyin edilib. Nümayəndəliyin qeydiyyatdan keçirilməsi başa çatmaq üzrədir”, - deyə RDY-dən bildirilib. Nümayəndəlik açmaq qərarının İranda reallaşdırılacaq layihələrlə əlaqəli olduğu bildirilir.
İrandakı nümayəndəlik RDY-nin rəsmi saytındakı müvafiq siyahıya əlavə edilib, lakin, hələlik heç bir ünvan və əlaqə nömrələri qeyd olunmayıb. Rusiya Dəmir Yollarının İrandakı nümayəndəsi vəzifəsinə Yevgeni Çerepanovun təyin edildiyi bildirilir.
Qeyd edək ki, RYD İranda Qarmsar – İncəburun dəmir yolunun elektrikləşdirilməsinə dair 1,2 mlrd. avro dəyərində layihə reallaşdırmaq niyyətindədir. Layihə Rusiya hökumətinin ayırdığı kreditin hesabına maliyyələşdiriləcək.
Xatırladaq ki, RYD 2012-ci ildə İranda Təbriz-Azərşəhr dəmir yolunun elektrikləşdirilməsi layihəsini gerçəkləşdirib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












