Dəmir yolları ötən il gecikmələrə görə sərnişinlərə 197 milyon ödəyib

Alman dəmir yolları şirkəti (Deutsche Bahn) ötən il gecikmələrə görə sərnişinlərə rekord məbləğdə - 197 milyon avroluq təzminat ödəyib. Avtosfer.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb. Sərnişin təyinat nöqtəsinə planlaşdırılandan ən azı 60 dəqiqə gec çatdıqda biletin məbləğinin 25 faizi, 120 dəqiqə və daha çox gecikmə olduqda isə 50 faizi geri qaytarılır. Ötən il təzminat tələbi ilə 6,9 milyon müraciət daxil olub. Bu müraciətlər əsasında 196,8 milyon avro ödənilib. Bu rəqəm 2023-cü ildə 132,8 milyon, 2022-ci ildə isə 92,7 milyon avro təşkil edib.
Ötən il gecikmələrin 80 faizi köhnəlmiş və həddindən artıq yüklənmiş infrastrukturla bağlı olub. 2024-cü ildə qatarların üçdə birindən çoxu gecikib. Vəziyyəti yaxşılaşdırmaq üçün şirkət 2030-cu ilədək 40-dan çox əsas dəmir yolu xəttini təmir etməyi planlaşdırır. 2027-ci ilin sonuna qədər şəhərlərarası sürət qatarlarının dəqiqliyinin 75-80 faizə qədər artırılması planlaşdırılır. Bu hədəfə nail olunduqda “Deutsche Bahn” 2004-cü ildəki səviyyəyə yaxınlaşacaq. Həmin vaxt qatarların dəqiqlik səviyyəsi 84,3 faiz olub.
Tramp Əliyevin İranla bağlı fikrini öyrənib
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Ekspress avtobuslarla bağlı məsələ böyüyür - “PULSUZ OLMALIDIR”
Kassa aparatlarında artan dövriyyə nə ilə bağlıdır? - ŞƏRH
Mikromobillik Bakının nəqliyyat sistemini dəyişə bilərmi? – Ekspert AÇIQLADI
Keçid stansiyaları Bakı metrosunda nəyi dəyişəcək? – AÇIQLAMA
Paytaxtın bu küçələrində SIXLIQ VAR - FOTO
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
Ər-arvadı yandıraraq öldürən şəxsin kimliyi məlum oldu - FOTOLAR
Bir görüş, bir əsrlik nəticə: Vaşinqtondan başlayan yeni yol
Azərbaycan üzərindən yeni yük marşrutu sülhə töhfə verə bilər? – AÇIQLAMA










