Dəmir yolu ilə yükdaşımalar 3% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində MDB ölkələrinin dəmir yolları ilə daşınan yüklərin artım tempi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz bəndi yüksəlib. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu fikir Riqada (Latviya) MDB ölkələrinin Dəmiryolu Nəqliyyatı Şurasının iclasında səsləndirilib.
Görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan dəmir yol idarələrinin rəhbər şəxsləri, həmçinin Şuranın Gürcüstan, Latviya, Litva, Estoniya və Finlandiyadan olan nümayəndələri iştirak ediblər.
Məlumata görə, bu ilin 9 ayında dəmir yolu ilə daşınan yüklərin həcmi 1 484,5 mln. ton olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 41,7 mln. ton yaxud 2,9% çoxdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












