Dəmir yolu körpüsünün tikintisi bir aya yekunlaşacaq

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranın dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün tikinti işləri təxminən bir aya yekunlaşacaq.
Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan Dəmir Yolları" QSC və Rusiyanın "Rusaqrotrans" şirkətinin yaratdığı "Azrustrans" müştərək müəssisəsinin təqdimatında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, Azərbaycanla İran arasında yük dövriyyəsinin həcmini artırmaq lazımdır. İki ölkə Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi üçün birgə maliyyə axtarılması işlərini də davam etdirəcək.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan bu layihənin həyata keçirilməsi üçün İran tərəfinə 500 mln. dollar həcmində yardım etmək təklifini irəli sürüb.
"Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək. Bu dəhliz tranzit yüklərin daşınması və Azərbaycan dəmir yolları üçün əhəmiyyətli yoldur. Bu layihə Hindistandan başlayaraq, İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər ərazini əhatə edir. Təkcə Avropa ilə Hindistan arasında yükdaşımanın həcmi ildə 26 mln. ton təşkil edir. Azərbaycan quruda bu iri dövlətləri birləşdirən yeganə dövlətdir", - deyə C.Qurbanov bildirib.
Yeni yaradılan birgə müəssisə barədə məlumat verən C.Qurbanov əlavə edib ki, şirkətin hazırda 72 min vaqonu var və yükdaşıma sahəsində böyük təcrübəyə malikdir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












