Dəmir yolu nəqliyyatından 11 min 800 sərnişin istifadə olunub - Naxçıvanda

Bu ilin yanvar ayında dəmir yolu vasitəsi ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarına 600 ton müxtəlif təyinatlı yük daşınıb, nəqliyyatın bu növündən 11 min 800 sərnişin istifadə edib. Avtosfer.az xəbər verir ki, bu barədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən azərtac-a bildirilib ki, daşımaların nümunəvi təşkili məqsədilə lazımi işlər görülüb, yollarda hərəkətin təhlükəsizliyi təmin olunub. Bu dövrdə Culfa Lokomotiv Deposunda 1 elektrovoz, Culfa Vaqon Deposunda isə 2 vaqon cari təmir olunub, 1 sərnişin vaqonunda istilik sisteminin bərpası işləri davam etdirilib.
Qış aylarında hərəkətdə fasilələrin yaranmaması üçün də bütün zəruri tədbirlər görülür. Belə ki, ötən ay mütəmadi olaraq baş və stansiya yollarına baxış keçirilib, süni tikililər, küvet və yol yataqları təmizlənib. Xidməti ərazidəki bütün körpü və keçidlər, yol yatağı, yoldəyişdirici və süni qurğular mütəmadi yoxlanılıb, polad relslərin istismara yararlılığına nəzarət olunub.
Rabitə və işarəvermə sahəsinin əməkdaşları da işini günün tələbləri səviyyəsində qurub, qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Qıvraq stansiyasında 24 müxtəliftipli rele və lokomotivlərdə 5 blok dəyişdirilib. Ay ərzində elektrik ötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılıb, dəmir yolu obyektləri və elektrovozlar fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
Qeyd olunan dövrdə muxtar respublikanın Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi Ordubad dəmir yolu sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında yenidənqurma, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında isə əsaslı təmir işlərini davam etdirib.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










