Dəmir yolu təsərrüfatlarına yaz baxışı keçiriləcək

Mayın 10-dan etibarən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsərrüfatlarına yaz baxışı başlayacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı təsərrüfatların, tikililərin və qurğuların saxlanma vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq. Yaz baxışı Böyük Kəsik stansiyasından başlayaraq, sonrakı hərəkət xətti Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan, Ələt-Biləcəri, Yalama-Sumqayıt, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev–çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək. Qeyd edək ki, dəmir yolunun təsərrüfatlarına yaz baxışı 10 gün davam edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












