Dəmir yolu tikintisi üçün Astarada torpaqlar alınacaq - QƏRAR

Azərbaycan hökuməti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, "Azərbaycan Dəmir Yolları" QSC "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycanın Astara rayonu ərazisindən keçən hissəsində İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin tikintisi altına düşən 50,44 hektar, o cümlədən dövlət mülkiyyətində olan 0,61 hektar torpaq sahəsinin istifadə hüququnu, Astara, Ərçivan və Rudəkənar bələdiyyələrinin mülkiyyətində olan 8,53 hektar və xüsusi mülkiyyətdə olan 41,3 hektar torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan kimi müəyyən edilib.
"Azərbaycan Dəmir Yolları" QSC-yə torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.
Sözügedən dəmir yolu xəttinin tikintisinə dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq sahələrinin müəyyən olunan qaydada kateqoriyası dəyişdirildikdən sonra başlanılmasını təmin edəcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












