Dəmir Yolu Vağzalının ərazisində narkotik alverinin qarşısı alındı – FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, daxil olmuş məlumat əsasında Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Narkotiklərə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, Azər Bayramov Bakı Dəmir Yolu Vağzalının ərazisində şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı onun üzərindən hazır qablaşdırılmış formada olan külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 1 kiloqram 455 qram heroin olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. O, ifadəsində heroini satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səkinə Əliyeva olduğu məlum olub. Baxış zamanı ondan heroin götürülüb.
Əməliyyat yolu ilə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini ona satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədzadə də saxlanılıb. Ondan 0,288 qram, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 170 qram heroin aşkar edilib. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Cəfərov Bakı Dəmir Yolu Vağzalında saxlanılıb. Baxış zamanı ondan 400 qram marixuana aşkar edilib.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















