Dəmir yolu vasitəsilə butadienin şimala nəqlinə başlayıb - Azərbaycan

Azərbaycanda beynəlxalq tranzit dəhlizlərin inkişafı sahəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Avtosfer.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən trend-ə verilən məlumata görə, ölkə ərazisində reallaşdırılan iri beynəlxalq layihə, "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yüklərin daşınması prosesi gerçəkləşdirilir.
Eyni zamanda, bu nəqliyyat marşrutunda, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi işləri davam edir. Hazırda Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında dəmir yolu, iki ölkə arasında sərhəddə dəmir yol körpüsünün tikintisi sürətlə davam edir.
Baxmayaraq ki, Azərbaycan və İran arasında dəmir yolu əlaqəsi hələ mövcud deyil, artıq qeyd edilən marşrutla, "ADY Express" şirkəti yükdaşımalara start verib. Şirkətdən daxil olan məlumata görə, son müddət ərzində, kampaniya sıxılmış maye qaz - butadieni İrandan Rusiyaya nəql edib. Nəql prosesi tank-konteynerlər vasitəsi ilə həyata keçirilib.
Qeyd edək ki, artıq 60-dan çox belə tank-konteyner Azərbaycan ərazisindən keçməklə şimala göndərilib.
Onu da vurğulayaq ki, həmin konteynerlər İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olaraq, sonradan Astara dəmir yolu stansiyasında platformalara yüklənərəq Rusiyaya göndərilib. Həmin yüklər isə bundan əvvəl dəniz vasitəsi ilə, İrandan Rusiyanın Həştərxan limanına nəql edilirdi. Lakin Azərbaycan prezidenti İlham Əliyevin verdiyi fərman və sonradan Nazirlər Kabinetinin bu qərardan irəli gələn qaydaların təsdiq etməsi, ölkəmizdən xaricə, həmçinin əks istiqamətdə, Azərbaycan ərazisindən dəmir yolu ilə sonrakı nəql edilməsi şərti ilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.
Qeyd edək ki, Şimal-Cənub Beynəxlaq Nəqliyyat Dəhlizi vasitəsi ilə yüklər Hindistan-İran körfəzi-İran-Azərbaycan-Rusiya-Skandinaviya dövlətləri/Şimali Avropa marşrutu ilə 14 gün ərzində nəql edilir.
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










