"Dəmir yolunda ən müasir texnologiyalar tətbiq olunur" - Cavid Qurbanov

“Azərbaycan Dəmir Yolları” QSC-də 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi gününə və Yeni 2018-ci təqvim ilinə həsr olunmuş yığıncaq keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan qurumun sədri Cavid Qurbanov iştirakçıları, onların şəxsində bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci təqvim ili münasibətilə ürəkdən təbrik edib, dəmir yolunda çalışan insanlara möhkəm cansağlığı, uzun ömür, xoş güzəran diləyib. C.Qurbanov bildirib ki, təqvimdə bir çox əlamətdar günlər var. Ölkəmizin yaxın və uzaq keçmişinin müəyyən məqamlarını özündə əks etdirən bu tarixi günləri yaşatmaq olduqca gərəklidir. Çünki həmin günlərdə Azərbaycan tarixinin hansısa mühüm anı yaşayır. Onlardan biri də ulu öndərin təşəbbüsü ilə təsis edilən 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Bu bayramın elan olunması bizim yaxın tariximizdə baş verib.
Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ilk dəfə, 16 dekabr 1991-ci il tarixli sərəncamı ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik bayramı elan edib, sonra isə bu tarix bütün Azərbaycan xalqının, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli bayramına çevrilib.
İl ərzində dəmir yolunda görülən işlər haqqında geniş məlumat verən C.Qurbanov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, 2017-ci il fevralın 10-da Bakı dəmir yolu vağzalında və “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında aparılmış yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olması, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirakı, görülən işləri yüksək dəyərləndirməsi dəmiryolçularda böyük ruh yüksəkliyi yaradıb.
Sədr dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların işə tətbiq olunması, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb.
Sonra Azərbaycan prezidenti İlham Əliyevin dəmir yolu işçilərinin peşə bayramı və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə imzaladığı sərəncamlara əsasən, ali dövlət mükafatlarına layiq görülən bir qrup dəmiryolçuya mükafatlar təqdim edilib. “İllərin qovuşuğunda” tədbiri yekunlaşdıran C.Qurbanov qarşıda duran perspektiv vəzifələrdən danışdı və 2018-ci ildə hər kəsə uğurlar arzulayıb.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













