Dəmir yolunda qış mövsümünə hazırlıq işləri sürətləndirilir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planınına əsasən işlər həyata keçirilir. ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, tədbirlər planına əsasən, Sərnişin daşımaları Departamentinin kollektivi, qış mövsümündə sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə bütün qüvvələri səfərbər edib. Vağzallarda, inzibati binalarda, təmir sexlərində dam örtuklərinə, qapı və pəncərələrə baxış keçirilir, istilik sistemləri yoxlanılır, ehtiyac olan yerlərdə təmir işləri aparılır.
Sərnişin təsərrüfatında çalışan işçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi həyata keçirilir. Beynəlxalq istiqamətdə, ölkə daxilində hərəkət edən sərnişin qatarlarında, eləcə də elektrik qatarlarında istilik sistemləri vəziyyəti yoxlanılır, çatışmazlıqlar aradan qaldırılır.
Görülən işlər sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












