Dəmir yolunda “Sağlamlıq günü” keçirilib – FOTO

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Sağlamlıq günü” adlı tədbir keçirilib. Tədbirin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir. ”Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq vəziyyəti barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyyə olunur. Mütəmadi olaraq keçirilən “Sağlamlıq günü” tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.
Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.
Tədbirdə Bakı dəmir yolu xəstəxanasının 8 həkimi dəmiryolçuları müayinə edib.
Gün ərzində 51 nəfər Bakı dəmir yolu xəstəxanasının həkimləri tərəfindən elektrokardioqrafik və laborator müayinədən keçirilib, 28 nəfər xəstəxanaya dəvət olunub.
Qeyd edək ki, “Sağlamlıq günü” tədbirləri dəmir yolunun iri qovşaqlarında da təşkil olunur.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















