Dəmir yolunun əsaslı təmirinə başlanılıb - Alabaşlı-Gəncə

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Alabaşlı – Gəncə mənzilində 4,5 km-lik hissənin əsaslı təmirinə başlanılıb. Bu barədə Avtosfer.az-a “Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək. Təmiri "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Bi gün səhər saatlarından köhnə yolun söküntüsünə başlanılıb.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə 14 aprel 2015-ci ildə ADY ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 164 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.
Nurlan
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












