“Dəmir yolunun rəqəmsallaşması rəqabətin artırılması üçün zəruridir" - Asset Assavbayev

Dəmir yolu kimi mürəkkəb və böyük kapital tələb edən bir sahə üçün rəqəmsallaşma sadəcə bir trend deyil, inkişaf və rəqabət qabiliyyətinin artırılması üçün zərurətdir.
Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA - Transport Corridor Europe-Caucasus-Asia) baş katibi Asset Assavbayev deyib.
Onun sözlərinə görə, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və regionun əlaqələndirilməsində əsas rol oynayır: “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması məsələlərinin məhz Bakıda müzakirə olunması təsadüfi deyil. Biz bu gün nəqliyyat sahəsində texnoloji dəyişikliklərin sürətlə baş verdiyi bir dövrdə yaşayırıq və dəmir yolu nəqliyyatı da bu prosesdən kənarda qalmamalıdır.
O bildirib ki, TRACECA təşəbbüsü bu sahədə iştirakçı ölkələrin səylərinin əlaqələndirilməsində mühüm rol oynayır: “Bizim üçün rəqəmsallaşma yalnız ayrı-ayrı sahələrin səmərəliliyinin artırılması deyil, həm də bütün tədarük zənciri iştirakçıları üçün vahid inteqrasiya olunmuş rəqəmsal məkanın yaradılması deməkdir. Bu, standartların uyğunlaşdırılmasını, elektron sənəd dövriyyəsinin inkişafını, informasiya sistemlərinin inteqrasiyasını və innovasiyaların tətbiqi üzrə birgə layihələri əhatə edir”.
A.Assavbayev qeyd edib ki, TRACECA rəqəmsal bacarıqların inkişafı, əməkdaşlıq və təcrübə mübadiləsi üçün unikal platformadır: “Rəqəmsallaşmaya keçid asan deyil, bu, həm ixtisaslı kadr hazırlığı, həm sistemlərin uyğunlaşdırılması, həm də kibertəhlükəsizlik sahəsində ciddi investisiyalar tələb edir. Ancaq açılan imkanlar bu çətinlikləri üstələyir. Bu istiqamət TRASECA üçün prioritet olaraq müəyyən olunub və bu məqsədlə daimi işçi qrupu fəaliyyət göstərir, birgə layihələr icra olunur, dəhliz üzrə yük daşımalarının rəqəmsallaşdırılmasına dair saziş layihəsi üzərində iş aparılır. Biz rəqəmsal transformasiyanın astanasındayıq. Bu, dəmir yolu nəqliyyatını daha etibarlı, sürətli, təhlükəsiz və rahat etməyə, eləcə də TRACECA ölkələri arasında iqtisadi əməkdaşlığı və ticarəti inkişaf etdirməyə xidmət edəcək.”
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










