Dəmir yolunun Səngəçal istehsalat bazası istifadəyə verilib - FOTO

Bu gün “Azərbaycan Dəmir Yolları" QSC-nin "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib. Açılış mərasimində “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov iştirak edib.
Qeyd edək ki, Azərbaycanda dəmir yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr əsasən “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Avtosfer.az xəbər verir ki, cari iqtisadi şəraitdə kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli deyil: "Bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulmasına yanvar ayında start verilib. Əsaslı təmirdən sonra burada iki baza fəaliyyət göstərir".
Qeyd edək ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada iş prosesi ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənməyib. Bununla da, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq.
Hazırda bazada müxtəlif fasilələrlə 6 ədəd çatılı kran fəaliyyət göstərir. "Azərbaycan Dəmir Yolları" QSC-nin köməyi ilə daha 2 ədəd yeni çatılı kran alınıb.
Ərazidə yeni inzibati bina, əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyununb-geyinmə otaqları və duşxanalar, gözətçi budkası, tikilib-istifadəyə verilib, ərazi müasir səviyyəli hazırlanmış, eyni zamanda sexlərin fəaliyyət imkanlarını artırmaq üçün yeni otaqlar, yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilib.
Texnika üçün nəzərdə tutulan anqarın və yeni stadionun tikintisi davam edir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI

















