Banner

Dəmir yolunun Səngəçal istehsalat bazası yenidən qurulur – FOTO

Gündəm 19 İyul 2016 16:12 Oxunub 1492
Dəmir yolunun Səngəçal istehsalat bazası yenidən qurulur – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mart ayının ikinci yarısında köhnə bazanın yenidənqurulması tamamlanıb və ikinci bazanın tikintisinə başlanılıb

Dəmir yolunun Səngəçal istehsalat bazası yenidən qurulur. Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr, əsasən, “Azərbaycan Dəmir Yolları" QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır. QSC-nin Mətbuat katibliyindən Avtosfer.az-a verilən məlumata görə, dünyanın indiki iqtisadi mənzərəsində kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli deyil. Bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulur. Bu ilin yanvar ayında start götürən yenidənqurma işləri başa çatandan sonra burda bir deyil, iki baza fəaliyyət göstərəcək. Mart ayının ikinci yarısında köhnə bazanın yenidənqurulması tamamlanıb və ikinci bazanın tikintisinə başlanılıb.

5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin baş direktoru Rizvan Rzayev bildirib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq.

Bundan başqa, ərazidə yüzlərlə ağac və bəzək kolları əkilib, yaşıllıqlar salınıb. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü iştirak edib.

Hazırda bazada müxtəlif fasilələrlə 4 ədəd çatılı kran fəaliyyət göstərir. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun yaxından köməyi ilə daha 2 ədəd yeni çatılı kran alınıb.

Yeniliklərdən biri də budur ki, Səngəçal istehsalat bazasının ərazisində yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir.

Bazada əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyunun-geyinmə otaqları və duşxanalar, gözətçi budkası, tikilib istifadəyə verilib. Eyni zamanda, sexlərin fəaliyyət imkanlarını artırmaq üçün yeni otaqlar tikilib.

Ərazidə köhnə inzibati bina sökülüb, yeni ikimərtəbəli inzibati binanın və texnikalar üçün nəzərdə tutulan anqarın tikintisinə başlanılıb. Əməkçilərin istirahət vaxtlarını səmərəli keçirməsi üçün yeni stadionun tikilməsi nəzərdə tutulur. Bu işlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu bazanın əsası 1936-cı ildə qoyulub. Sovet sənayeləşməsinin ilkin dövrlərinə təsadüf edən Yol-Maşın Stansiyalarının (PMS) formalaşması, əsasən, dəmir yollarının əsaslı təmirinə hesablanıb və bu günə qədər həmin məqsədə xidmət göstərib.

 

Emin

http://cdn.trend.az/media/pictures/2016/07/19/ady190716_01.jpg

http://cdn.trend.az/media/pictures/2016/07/19/ady190716_02.jpg

http://cdn.trend.az/media/pictures/2016/07/19/ady190716_03.jpg

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh