Dəmiryol işçisinə qarşı 400 min manat dələduzluq edilib

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşına qarşı 400 min manatlıq dələduzluq edilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Məmmədov Xanmirzə Şahbaz oğlu Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsinə (PB) ərizə yazaraq bildirib ki, 2013-cü ildə tanışı 1966-cı il təvəllüdlü Muradov Hümbət Mustafa oğlu Rusiya Federasiyasının Krasnodar şəhərində birgə armatur biznesi qurmaq adı ilə ondan 400 min manat alıb və indiyə kimi geri qaytarmayıb. Zərərçəkmiş X.Məmmədov 2005-ci ilə kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu İdarəsinin bölmə rəisi vəzifəsində çalışıb. 2016-cı ildən o, “Azərbaycan Dəmir Yolları” QSC-də işləyir. H.Muradov isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspert kimi fəaliyyət göstərib. Hazırda o, Türkiyədə şəxsi bizneslə məşğul olur.
Faktla bağlı Nərimanov RPİ-də araşdırmalar aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












