"Dəmiryol nəqliyyatında qəzalar zamanı xilasetmə əməliyyatı" mövzusunda təlim keçirilib - FOTOLAR - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi "Dəmiryol nəqliyyatında qəzalar zamanı xilasetmə əməliyyatı" mövzusunda təlim keçirib.
Avtosfer.az xəbər verir ki, təlimə FHN-in Gəncə Regional Mərkəzinin və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat hadisələri zamanı qəzaya uğramış qatarlardan və avtonəqliyyat vasitələrindən zərərçəkmişlərin xilas edilməsi ilə bağlı xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı "deformasiyaya uğramış" nəqliyyat vasitəsindən "zərərçəkmişləri" təxliyə edərək onlara "təxirəsalınmaz ilkin yardım" göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?


















