Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək - VİDEO

Əsaslı təmirlə əlaqədar Bakı Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək. Artıq ərazidə işləyən sahibkarlara dükanlarını boşaltmaları barədə xəbərdarlıq da edilib. Təmir işlərinin 4-5 ay çəkəcəyi gözlənilir. Elə sahibkarları da bu müddət ərzində harada işləyəcəkləri narahat edir.
Məsələ ilə bağlı "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən cəmi 5-i qanuni şəkildə özəlləşdirilib. Qalanları isə hələ 90-cı illərdə qanunsuz yolla müxtəlif şəxslər tərəfindən zəbt edilərək icarəyə verilib. Ərazidə yeni obyektlər tikildikdən sonra isə cəmi 5 sahibkara öz yerləri veriləcək. Digərləri isə dövlət əmlakını icarəyə götürərək işləyə biləcəklər. Elə dəyişiklikdən narazı olanlar da gələcəkdə icarədar kimi fəaliyyət göstərəcək sahibkarlardır. Tikinti-təmir işlərinin davam edəcəyi müddətdə sahibklarlara hər hansı kompensasiyanın verilib-verilməyəcəyi məsələsi isə açıq qalır.
"Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, yeni obyektlərlə bağlı narazılığı olan sahibkarlar onlara müraciət edə bilərlər.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












