Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlandı

Bakı Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlanılıb. Avtosfer.az trend-ə istinadən xəbərinə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, vağzalda aparılan yenidənqurma işləri ilə əlaqədar ərazidəki 30-a yaxın obyekt sökülür. N.Əzməmmədov bildirib ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən qanuni sənədləri olanlara yenidənqurma işləri başa çatandan sonra yeni obyektlər veriləcək: "Bununla bağlı ərazidə obyektləri olan sahibkarlara müraciət etmişik ki, yenidənqurma işləri başa çatana qədər obyektlərin sənədlərini hazırlayıb bizə təqdim etsinlər. Sənədləri təqdim olunan obyektlərin sahiblərinə ərazidə müvafiq yerlər ayrılacaq".
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












