Dəmiryolçular “Şəhidlər muzeyi”ndə - FOTO

"Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup əməkdaşı Bakının Nəsimi rayonunda yerləşən "Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsis etdiyi "Şəhidlər muzeyi”ni ziyarət edib. Avtosfer.az xəbər verir ki, "Şəhidlər muzeyi”nin yaradıcısı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı, "Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan, eləcə də yaralanan hər bir döyüşçünün bu xalqın tarixində əbədi qalacağını bildirib.
Ə.Qasımov muzey haqqında məlumat verərək bildirib ki, bu unikal muzey yeddi ildir ki, fəaliyyət göstərir və muzeydə 950 şəhidin fotoları, haqqında məlumatlar öz əksini tapıb. Bura tez-tez ziyarətçilər baş çəkərək, Qarabağ həqiqətləri ilə tanış olurlar. Hazırda muzeydə 1988-1996-cı illər ərzində Qarabağda baş verən qanlı faciələri əks etdirən fotolar, xatirələr, vətənpərvərlik fəaliyyətini göstərən sənədlər qonaqlara nümayiş olunur.
İctimai Birliyin sədri, dəmiryolçuları "Şəhidlər muzeyi”ndə sərgilənən şəkillərlə tanış edib, onlara hər şəkilin tarixçəsi barədə ətraflı məlumat verib. O, həmçinin müharibənin dəhşətindən söz açaraq, döyüş zamanı baş verən gərgin olaylar barədə danışıb.
Daha sonra çıxış edənlər-iki qardaş şəhid vermiş, İB-nin icraçı direktoru Rümanə Əmirəliyeva, təqaüddə olan polkovnik Niyazi Məmmədov, Ələkbər Həşimov, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu, şəhid atası Allahverdi Əliyev "Şəhidlər muzeyi”nin əhəmiyyətindən danışıblar.
Fidan
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO












