Dəmiryolu vağzalında quldurluq - VİDEO

Kafedə başqa masada əyləşən şəxsin cibində çox pul olduğunu görən şəxs onu soyub. Hadis paytaxtın Sabunçu rayonu, dəmiryolu vağazalında baş verib. Bakı şəhər sakini Afat Vəliyev polisə məlumat verib ki, tanımadığı şəxs stansiya ərazisində ona zor tətbiq edərək 490 manat pulunu əlindən alıb. Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb. Cinayəti törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı Musa İbrahimov tutulub.
Saxlanılan şəxsin sözlərinə görə, hadisədən əvvəl Afat Vəliyevlə eyni kafedə, başqa masalarda yeyib içiblər. Afatın cibindən çoxu pul çıxardığını görən Musa İbrahimov qəsdən onunla mübahisə salıb və mübahisəni dəmiryolu stansiyasının ərazisinə gələrək davam etdirməyi təklif edib. Elə cinayət də həmin yerdə olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Neftçala polisi isə mənzillərdən oğurluq edən şəxsi tutub. Rayonunun Qaraqaşlı kənd sakini Polis Şöbəsinə müraciət edərək, bir gün əvvəl evindən 5 min manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib. Polis əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən iki əmioğlu Murad və Camal Eyvazovları saxlayaraq istintaqa cəlb edib. Qohumlar cinayəti sahibinin evdə olmadığından istifadə edərək birgə törətdiklərini, 13 adda qızıl-zinət əşyaları oğurladıqlarını etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları müəyyən edilib və həmin zinət əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır








