"Dəmiryolunu relslərinə qədər İrana satıblar" - Məmmədyarovdan MÜHÜM AÇIQLAMA

“Koçaryan dövründə Rusiya Zəngəzurda dəmiryolunu icarəyə götürmüşdü. Ermənilər vaxtilə Zəngəzur dəhlizində dəmiryolu tam şəkildə söküb, relslərinə qədər İrana satdılar. Hələ də başa düşmürəm 42-43 kilometr dəmiryolu niyə söküblər. Amma maraqlıdır ki, Rusiya ilə müqavilə imzalananda artıq o dəmiryolu sökülmüşdü, ya yox?”
Avtosfer.az xəbər verir ki, bunu Ajans.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Elmar Məmmədyarov deyib. Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrandan gələn son açıqlamalar barədə danışan sabiq nazir bildirib ki, İran sırf gəlir əldə edəcəyi üçün Zəngəzur dəhlizinə qarşı çıxır:
“Zəngəzur dəhlizi ermənilərə daha çox lazımdır, nəinki Azərbaycana. Biz artıq İranla Araz dəhlizi ilə bağlı saziş bağlamışıq. İran ona görə etiraz edir Zəngəzur dəhlizinə, istəyir öz ərazisindən keçsin. Çünki vergilər yığacaq, İranın mövqeyi sırf pula görədir. ABŞ hərbçilərinin gəlməsi də səbəbdir, amma birinci puldur”.
AZAL-ın təyyarəsinin vurulmasından sonra Rusiyanın vədlərini yerinə yetirməməsindən danışan Elmar Məmmədyarov qeyd edib ki, Çikaqo Konvensiyasına görə, bu cür qəzaların olarkən 1 il ərzində araşdırılmalı və yekunlaşmalıdır:
“Daha sonra bu məlumatı bütün aviaşirkətlərə göndərirlər ki, gələcəkdə belə hadisələr olmasın. Mən də inanıram ki, Rusiya lazımi addımlar atacaq. Rusiya istəsə də, istəməsə də, maneçilik törədə bilməz. Bu, Konvensiyanın bəndlərindən biridir”.
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO











