"Dəniz kuboku - 2017"də hədəfə atışlar təxirə salındı

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmilərin dəniz hədəfinə artilleriya atışları ehtiyat gününə keçirilib. Bu barədə qərar müsabiqənin beynəlxalq hakimlər briqadası tərəfindən qəbul edilib. Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Avqustun 2-si Xəzər dənizində təyin edilmiş rayona gələn hakimlər briqadası və gəmi heyətləri əlverişsiz hidrometeoroloji səbəblərdən müsabiqənin keçirilməsi üçün hazırlanmış reyd avadanlıqlarının zədələndiyini aşkar ediblər. Bununla əlaqədar döyüş çalışmalarının yerinə yetirilməsi əvəzinə naviqasiya məşqlərinin keçirilməsi barədə kollegial qərar qəbul edilib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş təminatı gəmiləri dəstəsi qısa müddətdə reyd avadanlıqlarını təsdiq olunmuş döyüş atışları normalarına uyğun hazırlanmasını təmin edəcəklər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












