Dəniz sahilində rahatlıq axtararkən narahat olmaq: Çimərlikdə "iz" qoyanlar - VİDEO

Cəmi 3 ay yayımız var. Bütün il boyu yaşadığımız stresdən qurtulmaq, beynimizi sakitləşdirə bilmək üçün yayda daha çox çimərliyə, dəniz kənarına üz tuturuq. Sahildə samovar qaynadıb, dənizin səsinə qulaq verərək çay içmək, dənizin sahilində piknik etmək hər bir azərbaycanlının yay aylarında həyata keçirdiyi ənənəvi vərdişlərdir. Bunu başa düşmək olur. Çünki dənizin özü də böyük nemətdir. Təmiz havası və əsəbləri sakitləşdiriən səsi, sözün əsl mənasında nemətdir. Amma.. sahildə istirahət edib, piknikdən sonra oturduqları yeri təmizləməyənləri və zibillərini olduqları yerə buraxanları heç bir şəkildə anlamaq olmur. Deyirlər, “it də quyruğu ilə altını təmizləyib oturur”. Amma bizim bəzi vətəndaşlarımız bunu başa düşmürlər.
Pirşağı dənizinə yolum düşmüşdü. Dedim bir sakit yer tapıb, istirahət edim. Gördüyüm mənzərə heç də ürəkaçan deyildi. Dəniz kənarnda sahilboyu səpələnmiş tullantılar, boş butulkalar, pampers, qarpız-yemişin qabıqları sahil boyu sanki məqsədli şəkildə səpələnmişdi. Sanki o gedənlədən sonra kimsə gəlməyəcəkmiş kimi, sanki buradakı vəziyyət elə belə də olmalıymış kimi...
Mənə elə gəlir ki, oturduğu yeri çirkləndirən insanların evləri də səliqəsiz, zibil dolu olur. Çünki insan bir vəziyyətə alışıbsa, onu dəyişmək çətin məsələ olur. İnsan yediyini yığışdırmırsa, deməli, evində də elədir. Bunun üçün xüsusi bir tərbiyəyə ehtiyac var. Bu, təməldən gəlməlidir. Hər bir insan anlamalıdır ki, onu heyvandan fərqləndirən bir xüsusiyyət də onun təmizlik bacarıqlarıdır. Məsələn; it-pişik harda nə görsə yeyir. Sonra qabını yumur, yediyi yeməklərin artığını yığışdırmır. İnsan olmaq, bu heyvanlardan fərqli ola bilməkdir. Ancaq təəssüf olsun ki, bəziləri bunu da bacarmır.
Bəzən şəhərdə görürəm ki, yaşlı bir kişi yola tüpürür və yaxud bir qadın oturub tum çırtlayır, qabığını da ətrafa tökür. Çox maraqlıdır ki, bu insanlar insan olduqlarının fərqindədirlərmi? Yola tüpürmək qədər ədəbsiz başqa nə ola bilər? Və yaxud istirahət üçün getdiyin dəniz sahilini çirkləndirmək kimi? Bu insanlar heç mətbuatı da izləmirlər ki, oxusunlar, buradan nəsə öyrənsinlər. Heç olmasa, insan olduqlarının fərqinə vara bilsinlər...
Təmizlik imandan gəlir, ən azından imansız olmayın...
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?








