Banner

Dəniz səfirləri üçün təşkil olunmuş görüş keçirilib - FOTO

Gündəm 29 Sentyabr 2017 16:38 Oxunub 1060
Dəniz səfirləri üçün təşkil olunmuş görüş keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət Dəniz Administrasiyasının nümayəndəsi dəniz səfiri döş nişanı ilə təltif edilib

Sentyabrın 28-29-da Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən baş qərargahında Beynəlxalq Dəniz Təşkilatının dəniz səfirləri üçün təşkil olunmuş görüşü keçirilib. Görüşdə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Beynəlxalq Dəniz Təşkilatının Dəniz Səfiri təyin olunan Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının nümayəndəsi də iştirak edib. Dəniz səfirlərini salamlayan Beynəlxalq Dəniz Təşkilatının baş katibi cənab Kitak Lim Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədovu Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunması münasibətilə təbrik etdi. Dəniz səfiri təyin olunan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının  nümayəndəsinə işlərində uğurlar diləyən Beynəlxalq Dəniz Təşkilatının baş katibi cənab Kitak Lim bildirdi ki, Beynəlxalq Dəniz Təşkilatının fəaliyyəti barədə dəniz səfirlərinin öz ölkələrini geniş məlumatla təmin etməsi və dəniz səfirləri arasında dəniz nəqliyyatının inkişafı sahəsində həyata keçirilən məlumat mübadiləsi bu sahənin tərəqqisinə öz töhfəsini verəcək.

Beynəlxalq Dəniz Təşkilatının baş katibi cənab Kitak Lim inamla vurğuladı ki, Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsi – qarşılıqlı münasibətlərin inkişafı, Beynəlxalq Dəniz Təşkilatının fəaliyyəti ilə bağlı Azərbaycanda geniş məlumatın verilməsi və dəniz nəqliyyatı sahəsində Azərbaycanda əldə edilən uğurlar və görülən işlər barədə məlumat mübadiləsinin aparılması işində öz gücünü səfərbər edərək müsbət nəticələr əldə edilməsinə nail olacaq. Daha sonra Beynəlxalq Dəniz Təşkilatının baş katibi cənab Kitak Lim Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsini dəniz səfiri döş nişanı ilə təltif etdi.

Göstərilən etimada görə təşəkkürünü bildirən Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsi bildirdi ki, 1995 – ci ildən Azərbaycan Respublkasının üzv olduğu BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı ilə daha sıx və səmərəli fəaliyyətin reallaşdırılması, Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, eyni zamanda qarşılıqlı əməkdaşlıq istiqamətində əlindən gələni əsirgəməyəcək və bunun üçün bütün səylərini səfərbər edəcək.

Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi dənizçilik sahəsinə və dənizçilərə göstərdiyi diqqət və qayğının nəticəsində əldə edilən uğurlardan danışaraq vurğuladı ki, Azərbaycanın nüfuzu beynəlxalq aləmdə il ildən artır və bu da  dövlət başçısı tərəfindən həyata keçirilən uzaqgörən, müdrik siyasətin nəticəsidir. Azərbaycanın Beynəlxalq Dəniz Təşkilatının qabaqcıl üzvü olaraq tanınması da Azərbaycan Prezidentinin xarici siyasətinin uğurudur.

Görüşdə bildirildi ki, Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun bu ilin 28 may – 06 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanın nəticələrinə görə Respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcılları geridə qoyaraq statistika üzrə ön sırada yer tutması, beynəlxalq əlaqələrin inkişafı istiqamətində dövlət başçısı tərəfindən qarşıya qoyulan tələbin müvəffəqiyyətlə yerinə yetirilməsi eyni zamanda Azərbaycan Respublikası Prezidentinin dənizçilərə göstərdiyi diqqət və qayğının uğurlu  nəticəsidir.

Bir sıra mühüm məqamlara toxunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsi Azərbaycanda donanmanın yeniləndiyini, “Heydər Əliyev” qazma qurğusunun, “Xankəndi” sualtı tikinti gəmisinin Bakı Gəmiqayırma Zavodu tərəfindən inşa edilərək istismara verilməsini görüş iştirakçılarının diqqətinə çatdırdı.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh