Dənizdə itkin düşən gəminin axtarışına əlavə aviasiya qüvvələri yönəldilib

Yapon dənizində itkin düşən "Vostok" balıqçı gəmisinin axtarışı ilə məşğul olan aviasiya qruplarını artırmaq üçün Krasnoyarskdan Vladivostoka "Be-200" təyyarəsi göndərilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" Rusiyanın FHN-in Primorski vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir. Hazırda axtarış bölgəsində hava əlverişsizdir, tempratur -15 dərəcədir, küləyin sürəti 17 m/san. təşkil edir, dalğanın hündürlüyü 4-6 metrdir, görmə məsafəsi 300 metrdir. Baş İdarədən verilən məlumata görə, buna baxmayaraq, axtarış əməliyyatları davam edir, prosesə təyyarələrdən başqa, dəniz xilasetmə qüvvələri cəlb olunub. Xatırladaq ki, Rusiyanın "Vostok" balıqçı gəmisi Yapon dənizində itkin düşüb. Gəmi ilə əlaqə kəsilib, onun göyərtəsində 21 nəfər olub. Onlar arasında iki azərbaycanlı - 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadə də var.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












