Dənizin ortasında şok: hərbi gəmi raketlə vuruldu - VİDEO

Səudiyyə Ərəbistanının qərb sahilindəki Hudaydah liman şəhəri yaxınlığında hərbi gəmi partladılıb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, Qırmızı dənizdəki gəmini Yəməndə hakimiyyətə qarşı çıxan, İranın dəstəklədiyi husi qiyamçıları partladıblar. Husilərin Səna rəhbərliyini dəstəkləyən Səudiyyə Ərəbistanına qarşı törətdiyi hadisə nəticəsində iki hərbçi ölüb, daha 3 əsgər isə yaralanıb. Məlumata görə, hücum 3 qayıqla həyata keçirilib. Gəmi ilə toqquşan qayıqlardan biri onun arxa hissəsində yanğına yol açıb. Lakin yanğının qarşısı alınıb. Husilər isə hücumun raketlə gerçəkləşdirildiyini iddia edirlər. Bundan başqa Husilər Səudiyyə Ərəbistanının liderliyindəki koalisiya qüvvələrinin Zukar adasındakı hərbi hissəsinə də ballistik raketlə hücum həyata keçiriblər. Bu barədə Husilərin rəsmi yayım orqanı məlumat yayaıb. Hücum zamanı ölən və ya yaralıların olub-olmadığı bilinmir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












